"Borussiya"nın gənc hücumçusu Julien Duranville karyerasını İsveçrə Super Liqasında davam etdirəcək.
Postxronika.az xəbər verir ki, Almaniya klubu futbolçunu 2025/2026 mövsümünün sonuna qədər "Bazel"ə icarəyə verib. Dortmund təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədər olan oyunçu cari mövsüm cəmi iki matçda meydana çıxaraq bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir. Qeyd edək ki, hazırda "Borussiya" Bundesliqada ikinci, "Bazel" isə öz çempionatında dördüncü pillədə qərarlaşıb.