Böyük Britaniyanın Baş naziri Keir Starmer Rusiya liderinin beynəlxalq sülh müzakirələrində yer almasına dair tərəddüdlərini ifadə edib.
Postxronika.az xəbər verir ki, hökumət başçısı Moskvanın Avropa dövlətinə qarşı təcavüzkar müharibə apardığını diqqətə çatdırıb. O, Ukrayna ərazilərinin davamlı bombardmanlara məruz qaldığını xüsusi vurğulayıb. Starmerin sözlərinə görə, amansız hücumlar nəticəsində mülki əhali dözülməz şəraitdə yaşamaq məcburiyyətində qalıb. Baş nazir insanların isinmək üçün evlərində çadırlar qurmaq məcburiyyətində qaldıqlarını təəssüflə qeyd edib. Bu vəziyyət fonunda təcavüzkar tərəfin sülh platformasında təmsil olunması suallar doğurur.