Danimarkanın Baş naziri Mette Frederiksen bu gün səhər saatlarında Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə bir araya gəlib. Tərəflər arasında baş tutan müzakirələrin əsas mövzusu şimal regionunun təhlükəsizliyi və alyansın gələcək strategiyası olub.
​Postxronika.az xəbər verir ki, görüş zamanı tərəflər NATO-nun Arktika bölgəsindəki hərbi iştirakının gücləndirilməsinin zəruriliyi barədə ortaq məxrəcə gəliblər. Baş nazir və Baş katib vurğulayıblar ki, Arktikanın müdafiəsi və strateji təhlükəsizliyinin təmin edilməsi təkcə region ölkələrinin deyil, bütün hərbi ittifaqın ümumi məsuliyyətidir.
​Söhbət əsnasında qeyd olunub ki, regionun artan əhəmiyyəti fonunda NATO-nun bu ərazidə fəallığını artırması kollektiv müdafiə prinsipləri baxımından vacib addımdır.