Macarıstanın Baş naziri Viktor Orban qlobal böhranların həlli üçün yaradılan yeni "Sülh Şurası" təşəbbüsü haqqında mühüm açıqlamalar verib. O, dünya miqyasında mövcud olan problemlərin aradan qaldırılması üçün yeni bir formatın vacibliyini diqqətə çatdırıb.

​Postxronika.az xəbər verir ki, Orban hazırkı beynəlxalq qurumların səmərəsizliyini vurğulayaraq Avropa İttifaqı (Aİ) daxilindəki tərəddüdlərə toxunub. O qeyd edib ki, hazırda bütün Aİ qeyri-müəyyənlik içində olduğu halda yalnız Macarıstan və Bolqarıstan bu yeni təşəbbüsün faydalı olacağını və köhnə strukturların artıq funksionallığını itirdiyini dərk edir.
​Baş nazir dünyada sülhün bərqərar olması üçün seçici iştirak əsasında formalaşan bu yeni təşkilatı dəstəklədiklərini bildirərək, "Gəlin yeni bir şey sınayaq" çağırışını edib.