Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni əsilli şəxs və milliyyətcə rus olan bir Ermənistan vətəndaşı öz istəkləri ilə bu ölkəyə yollanıblar.
Postxronika.az xəbər verir ki, sözügedən şəxslər Ermənistana köçürülmələri ilə bağlı hər iki dövlətin aidiyyəti qurumlarına rəsmi müraciət ünvanlayıblar.
Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib ki, daxil olan müraciətlər qısa zamanda təmin edilib. Nazirin sözlərinə görə, həmin sakinlər artıq Ermənistan ərazisinə təxliyə olunublar. Bu proses sakinlərin tam könüllü seçimi əsasında, hüquqi prosedurlara uyğun şəkildə həyata keçirilib.