Yaponiyanın Baş naziri Sanae Takaiçi 8 fevral tarixinə təyin edilmiş növbədənkənar seçkilər ərəfəsində ölkə parlamentini buraxıb.
Postxronika.az xəbər verir ki, qanunverici orqanın fəaliyyətinə xitam verilməsi bu gün səhər saatlarında spikerin müvafiq məktubunun oxunması ilə rəsmiləşib.
Qərarın elan olunması zamanı qanunvericilər ənənəvi "banzai" şüarını səsləndirərək prosesi qarşılayıblar. Bu addım ölkədə yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Növbədənkənar seçkilərin nəticələri Yaponiyanın gələcək daxili və xarici kursunu müəyyən edəcək.