Əbu-Dabidə Ukrayna münaqişəsinin həlli istiqamətində mühüm sülh müzakirələrinin keçirilməsi planlaşdırılır. Görüşün əsas şərti Kiyevin müəyyən ərazilərdən imtina etməsi müqabilində 800 milyard dollarlıq maliyyə dəstəyi proqramının qəbul edilməsidir.

Postxronika.az xəbər verir ki, "Corriere della Sera" nəşrinin yaydığı məlumata görə, danışıqlar qrupları gələcək sazişin bünövrəsini təşkil edəcək dörd sənəd təqdim edəcəklər. Təklif olunan layihələrdən biri Ukrayna Silahlı Qüvvələrinin Donbas bölgəsindən tamamilə çıxarılmasını nəzərdə tutur. Hazırda tərəflər bu şərtlər daxilində sülh müqaviləsinin detallarını nəzərdən keçirməyə hazırlaşırlar.