Ötən il həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində 90 erkən evlilik cəhdinin qarşısı alınıb.

Postxronika.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, müəyyən edilən faktlar üzrə 28 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Proses çərçivəsində 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub, digər 57 nəfərlə isə profilaktik işlər aparılıb. Bununla yanaşı, 15 qız qaçırma hadisəsi ilə bağlı adam oğurluğu maddəsi üzrə cinayət işi başlanılıb. Sözügedən qanunsuzluqlara görə ümumilikdə 32 şəxs barəsində müvafiq cəza tədbirləri görülüb.