Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın Rusiyaya rəsmi səfəri fevralın 5–6-da keçiriləcək.
Postxronika.az xəbər verir ki, Ermənistan parlamentinin yaydığı məlumata görə, Alen Simonyan səfər ərəfəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb. Danışıq zamanı səfərin təşkili ilə bağlı məsələlər, eləcə də iki ölkə arasında parlamentlərarası və ikitərəfli münasibətlərin gündəmində duran mövzular müzakirə olunub.