Monitorinq təşkilatı NetBlocks bildirib ki, İranda internet kəsintisi artıq üçüncü həftədir davam edir.

Postxronika.az xəbər verir ki,ümumi bağlantıda cüzi artım müşahidə olunsa da, ekspertlər bunun İslam Respublikasının süni şəkildə internet trafiki yaradaraq, internetin guya “geniş şəkildə bərpası” illüziyası yaratmaq cəhdindən başqa bir şey olmadığını bildirirlər.

Ekspertlər vurğulayırlar ki, vətəndaşlar üçün real internet çıxışı hələ də təmin olunmayıb və məhdudiyyətlər hökumət tərəfindən etirazları yatırmaq və repressiyaları gizlətmək üçün istifadə olunur.