Madrid "Real"ının baş məşqçisi Alvaro Arbeloa müdafiəçi Trent Aleksandr-Arnolda tam etibar edir və onun zədədən qayıdaraq əsas heyətə qoşulmasını gözləyir. "AS" nəşrinin məlumatına görə, "Los Blancos" rəhbərliyi 27 yaşlı futbolçuya uzunmüddətli kadr kimi yanaşır.

Postxronika.az xəbər verir ki, mediada yayılan şayiələrin əksinə olaraq, ispan mütəxəssis ingilis oyunçu ilə görüşərək ona tam dəstək verdiyini bildirib. Ötən yay "Real"a qoşulan Aleksandr-Arnold indiyədək 16 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb. Müqaviləsi 2031-ci ilə qədər olan ulduzun bazar dəyəri 70 milyon avrodur.