Suriyanın şimal-qərbində yerləşən Hələb şəhərində Yeni il gecəsi terror hücumu baş verib.

Postxronika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin Bab əl-Fərəc bölgəsində yerləşən təhlükəsizlik nəzarət məntəqəsində qeydə alınıb.

Məlumata görə, şübhəli şəxs yoxlama zamanı üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə daxili təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, iki nəfər isə xəsarət alıb.

Hadisədən sonra əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib, nəzarət tədbirləri gücləndirilib.Suriya mediasının məlumatına görə, hücumçu əvvəlcə şəhərdə yerləşən kilsələrdən birinə hücum etməyi planlaşdırıb. Lakin təhlükəsizlik əməkdaşları onu saxladığı zaman özünü partladıb.

Suriya İnsan Hüquqları Rəsədxanası (SOHR) bildirir ki, hücumu törədən şəxs İŞİD terror qruplaşması ilə əlaqəli olub.


Fatimə Məmmədova