"Bavariya"nın baş məşqçisi Vinsent Kompani yüksək təzyiq altında olmasına baxmayaraq, emosiyalarını cilovlamağın vacibliyindən danışıb.

Postxronika.az xəbər verir ki, gənc mütəxəssis vaxtilə uşaqlarının onu meydanda söyüş söyərkən gördüklərini və bunun evdə tərbiyə məsələsində işini çətinləşdirdiyini etiraf edib. O, lazımsız lovğalığı sevmədiyini, lakin komanda üzərinə düşəni tam etmədikdə əsəbiləşdiyini vurğulayıb. Kompani bu yanaşmanın kluba və rəqiblərə hörmət əlaməti olduğunu, buna görə də maksimum sakit qalmağa çalışdığını söyləyib. Qeyd edək ki, Münhen təmsilçisi Bundesliqada 18 turdan sonra 50 xalla liderdir.