"Barselona" rəhbərliyi Dortmund "Borussiya"sının mərkəz müdafiəçisi Niko Şlotterbeki transfer etmək fikrindən tamamilə daşınıb.
Postxronika.az xəbər verir ki, "Sport.es" nəşrinin məlumatına görə, klub alman futbolçunun keyfiyyətlərini bəyənsə də, sürətinin baş məşqçi Hans-Diter Flikin sisteminə uyğun gəlmədiyi qənaətindədir. Bu səbəbdən kataloniyalılar 26 yaşlı müdafiəçi uğrunda mübarizədən çəkiliblər. Cari mövsüm 22 oyunda 4 məhsuldar hərəkətlə (2 qol, 2 ötürmə) yadda qalan oyunçunun müqaviləsi 2027-ci ilə qədərdir. Bazar dəyəri 55 milyon avro olan Şlotterbek Almaniya klubunun aparıcı simalarından sayılır.