"Yuventus" və "Fənərbaxça" Yusif Ən-Nesirinin keçidi ilə bağlı danışıqların son mərhələsindədir. İnsayder Fabrizio Romanonun məlumatına görə, klublar artıq şifahi razılığa gəliblər və hazırda yekun detallar müzakirə edilir.
Postxronika.az xəbər verir ki, razılaşma məcburi satınalma öhdəliyi olmadan, sadəcə alış opsiyalı icarə əsasında baş tutacaq. Hazırda həllini gözləyən əsas məsələ mərakeşli hücumçunun şəxsi müqavilə şərtləridir. Cari mövsüm İstanbul klubunda 25 oyunda 8 qol vuran futbolçunun hazırkı sözləşməsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalı oyunçunun bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.