"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro karyerasını MLS-də davam etdirməyə hazırlaşır. Jurnalist Əkrəm Konurun məlumatına görə, braziliyalı ulduzu heyətinə qatmaq uğrunda mübarizədə "Los-Anceles" klubu liderdir.

Postxronika.az xəbər verir ki, İngiltərə təmsilçisi yanvarın 22-də təcrübəli oyunçunun mövsüm sonunda komandadan ayrılacağını rəsmən bəyan edib. Heyətini gəncləşdirmək istəyən "Qırmızı şeytanlar"ın tərkibində Kazemiro 146 oyuna çıxaraq 21 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 2022-ci ildən klubda çıxış edən və bazar dəyəri 8 milyon avro olan futbolçu da Mançesterdəki missiyasının başa çatdığı qənaətindədir.