"Mançester Yunayted" "Real Sosyedad"ın kapitanı Mikel Oyarzabalı transfer siyahısına daxil edib. "Football Transfers" nəşrinin məlumatına əsasən, İngiltərə klubu 28 yaşlı hücumçu ilə ciddi maraqlanır.

Postxronika.az xəbər verir ki, keçidin qış fasiləsində baş tutması ehtimalı az olsa da, tərəflərin yayda razılığa gəlməsi gözlənilir. 2016-cı ildən San Sebastian təmsilçisində çıxış edən Oyarzabal, cari mövsüm keçirdiyi 19 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırkı bazar dəyəri 25 milyon avro olan futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.