Orta Şərqdə ABŞ, İsrail və İran arasındakı hərbi-siyasi gərginliyin pik həddə çatması fonunda Avropanın nəhəng aviaşirkətləri bölgəyə uçuşları dayandırıb.

Postxronika.az xəbər verir ki, hava məkanındakı risklərin artması səbəbindən "Lufthansa", "British Airways", "Air France" və "KLM" kimi şirkətlər bəzi reyslərin icrasından imtina etmək məcburiyyətində qalıblar.

Aviaşirkətlərin bəyanatlarına əsasən, hazırkı vəziyyət belədir:

Air France: Dubay və Təl-Əviv istiqamətlərinə olan uçuşlarını ləğv edib.

 British Airways: Dubaya planlaşdırılan axşam reyslərini dayandırdığını açıqlayıb.

 KLM: İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Krallığa (region üzərindən keçən marşrutlar) bəzi seferlərini təxirə salıb.

 Lufthansa: Keçən həftədən etibarən ABŞ və İran arasındakı gərginlik səbəbilə Orta Şərq uçuşlarına ciddi məhdudiyyətlər gətirib.

Mütəxəssislər xəbərdarlıq edir ki, bölgədəki qeyri-müəyyənlik sərnişin aviadaşımalarında qiymət artımına və alternativ marşrutların axtarışına səbəb ola bilər.