Hollandiyalı KLM Hava Yolları bölgədə artan gərginlik fonunda bu gün və sabah üçün planlaşdırılan Tel-Əviv reyslərini ləğv edib.

Postxronika.az xəbər verir ki, şirkət eyni zamanda yaxın günlərdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə həyata keçiriləcək bəzi uçuşları da müvəqqəti olaraq dayandırıb.

Qərar regionda təhlükəsizlik risklərinin artması ilə əlaqədar qəfil qəbul olunub və KLM uçuşların dayandırılmasının müddəti ilə bağlı rəsmi açıqlama verməyib. Qeyd edək ki, Almaniyanın “Lufthansa” aviaşirkəti də ötən həftə ABŞ və İran arasında mümkün eskalasiya ehtimalını nəzərə alaraq Yaxın Şərq istiqamətində uçuşlara məhdudiyyətlər tətbiq etdiyini açıqlamışdı. İsrailin rəsmi media qurumları isə ABŞ-nin yaxın günlərdə İrana qarşı mümkün hərbi zərbə endirə biləcəyi ilə bağlı ehtimalların müzakirə edildiyini bildirib.