Abşeron rayonunda mağazalardan silsilə oğurluq edən cinayətkar qrup ifşa olunub. Xırdalan və Masazırda obyektlərin qapısını sındıran şəxslər kassalardan ümumilikdə 2300 manat pul ələ keçiriblər.

Postxronika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Qurbanov, Ü.Şərifov və S.Kərimov saxlanılıb. Araşdırmalar zamanı dəstə üzvlərinin Gəncə şəhərində də iki marketdən pul, tütün məmulatları və digər məhsulları taladıqları üzə çıxıb. Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.