İranda iqtisadi problemlər fonunda başlayan etiraz aksiyalarında ölənlərin sayı 5 min 137 nəfərə çatıb.

Postxronika.az xəbər verir ki, ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ölkənin müxtəlif bölgələrində baş verən iğtişaşlar zamanı ümumilikdə 27 min 797 nəfərin saxlanıldığını bildirib. Məlumata görə, həlak olanlar arasında 208 təhlükəsizlik əməkdaşı da var. 

HRANA əvvəlki açıqlamasında ölənlərin sayının 5 min 2 nəfər olduğunu qeyd etmişdi. Etirazlar 28 dekabr 2025-ci ildə milli valyutanın sürətlə dəyər itirməsi və iqtisadi böhranın dərinləşməsi səbəbindən Tehranın Böyük bazarında başlayaraq ölkə üzrə yayılıb. Qurum aksiyaların səngiməsinə baxmayaraq, yeni faktların təsdiqləndiyini əsas gətirərək statistikanı yeniləməkdə davam edir.