Paytaxtda "Toyota" markalı avtomobilin sürücüsü Elyar Veyisov qayda pozuntusuna yol verdiyi üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı onun qeyri-adekvat davranışları şübhə doğurduğundan tibbi müayinəyə cəlb edilib.

Postxronika.az xəbər verir ki, müayinə nəticəsində E.Veyisovun yenidən narkotik maddə qəbul etdiyi təsdiqini tapıb. Altı ay əvvəl də analoji əmələ görə cəzalandırılan şəxs bu dəfə məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilərək 15 sutka inzibati həbs alıb. DYP bu cür qanunsuzluqlara qarşı sərt tədbirlərin davam edəcəyini vurğulayıb.