Ferrari 2026 Formula 1 mövsümündə yarışacağı yeni bolidini ictimaiyyətə təqdim edib və komandanın pilotları Lewis Hamiltonla Charles Leclerc avtomobillə ilk test yürüşlərini həyata keçiriblər.
Postxronika.az xəbər verir ki, İtaliya təmsilçisi yeni texniki reqlamentlərə uyğun hazırlanan SF-26 modelində dizayn və mühəndislik baxımından ciddi yeniliklərə imza atıb. Daha açıq qırmızı rəng çalarları və ağ detallar 1975-ci ildə Niki Lauda ilə qazanılan çempionluğa simvolik istinad kimi qiymətləndirilir.
Avtomobildə daha yüngül və kompakt şassi, yenilənmiş asqı sistemi və daxili yanma mühərriki ilə elektrik gücünü balanslaşdıran yeni enerji bloku istifadə olunub. İlk sürüşü edən yeddiqat dünya çempionu Hamilton bu mövsümün karyerasındakı ən böyük qayda dəyişiklikləri ilə yadda qalacağını bildirib. Leclerc isə yeni qaydaların bolidi tam fərqli xarakterə saldığını və hazırlıq prosesinin həlledici olacağını vurğulayıb.