CHP sədri Özgür Özəlin Suriyaya dair açıqlamaları Türkiyənin hakim AK Partiyası tərəfindən tənqid olunub
Postxronika.az xəbər verir ki, AK Parti sədr müavini Əli İhsan Yavuz Prezident Rəcəb Tayyib Ərdoğanın siyasəti nəticəsində Türkiyənin cənubunda yaradılması planlaşdırılan terror dəhlizinin dağıdıldığını bildirib və CHP-ni bu məsələdə məsuliyyətsizlikdə suçlayıb. AK Parti sədr müavini Həsən Basri Yalçın isə Özəlin Suriya ilə bağlı mövqeyini “mövzunu yarımçıq anlamaq” kimi qiymətləndirib. Digər sədr müavini Hüseyn Yayman da CHP-ni bələdiyyələrdə aparılan korrupsiya araşdırmaları fonunda sərt şəkildə tənqid edib. Yayman seçkilərdən sonra CHP-nin əvvəlki ritorikasından uzaqlaşdığını iddia edib. AK Parti rəsmiləri müxalifətin həm xarici siyasət, həm də daxili idarəçilik məsələlərində etibarsız mövqe sərgilədiyini vurğulayıblar.