Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiya xarici işlər nazirlərini qəbul edib

Postxronika.az xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Ərdoğan Balkan Sülh Platformasının İstanbulda keçirilən ikinci toplantısından məmnunluğunu ifadə edərək, iştirakçı ölkələrin töhfələrinə təşəkkür edib. Görüşdə sərhəd təhlükəsizliyi, enerji, texnologiya və nəqliyyat kimi sahələr də gündəmə gətirilib. Prezident regionda stabilliyin qorunmasının və keçmişdən dərs alaraq gələcəyə yönəlmənin vacibliyini vurğulayıb. Görüşdə həmçinin Türkiyənin Ukrayna, Qəzza və Suriyadakı sülh təşəbbüsləri qeyd olunub.