Xocalı soyqırımı zamanı çəkilmiş və yaddaşlara həkk olunmuş məşhur fotonun qəhrəmanlarından biri İlham Quliyev dünyasını dəyişib.
Postxronika.az xəbər verir ki, bu barədə məlumatı mərhumun yaxın qohumu sosial şəbəkə hesabında paylaşıb.
Mərhumun qohumu öz paylaşımında bildirib ki, Xocalı faciəsinin tanınmış siması olan dayısı İlham Quliyev ən böyük arzusu olan doğma yurdunu — Xocalını yenidən görmədən vəfat edib.
İlham Quliyev həmin tarixi fotoda faciənin dəhşətlərini və Azərbaycan xalqının kədərini əks etdirən əsas obrazlardan biri kimi tanınırdı.