Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində uzun illər fəaliyyət göstərən aktrisa Məsumə Babayeva həyatını itirib. 

Postxronika.az “APA”ya istinadən xəbər verir ki, bu barədə məlumatı teatrın mətbuat xidmətinin rəhbəri Samirə Əşrəf açıqlayıb. Qurum rəsmisinin sözlərinə görə, sənətçi uzun müddət davam edən xəstəlikdən sonra bu gün axşam saatlarında dünyasını dəyişib.