Suriya Xarici İşlər Nazirliyi hökumət ilə terror təşkilatı YPG arasında razılaşdırılmış 4 günlük atəşkəsin uzadıldığına dair yayılan məlumatları təkzib edib.
Postxronika.az xəbər verir ki, rəsmi qurum iddiaların reallığı əks etdirmədiyini bildirib. Qeyd edək ki, sözügedən atəşkəs yanvarın 20-də Türkiyə vaxtı ilə saat 20:00-da qüvvəyə minib və müəyyən edilmiş müddəti əhatə edir.
Suriya dövlət televiziyası el-İhbariyye-yə istinadən bildirilib ki, nazirlik mənbəsi atəşkəs müddətinin artırılması barədə dolaşan xəbərlərin əsassız olduğunu vurğulayıb. SANA agentliyinin yaydığı məlumatda isə Haseke vilayətinin gələcəyi ilə bağlı bir sıra məsələlər üzrə razılıq əldə olunduğu və məsləhətləşmələr üçün YPG-yə 4 gün vaxt verildiyi qeyd edilib.