ABŞ Prezidenti Donald Tramp Kanadanın Çinlə mümkün iqtisadi əməkdaşlığına sərt reaksiya verərək rəsmi Ottavanı ciddi nəticələrlə hədələyib.

Postxronika.az xəbər verir ki, O Kanadanın Çin üçün ABŞ bazarına çıxışda “ötürücü mərkəzə” çevriləcəyi təqdirdə ağır ticarət sanksiyalarının tətbiq olunacağını bildirib.

Tramp sosial media hesabına istinadən qeyd edib ki, “Vali Karni” deyə müraciət etdiyi Kanada Baş naziri Mark Karni bu istiqamətdə yanılır. ABŞ lideri Çinin Kanadanın biznes mühitini, sosial strukturunu və həyat tərzini məhv edəcəyini iddia edib. O vurğulayıb ki, Kanada Çinlə razılaşma imzalayarsa, ABŞ-yə idxal edilən bütün Kanada məhsullarına dərhal 100 faiz gömrük rüsumu tətbiq olunacaq.