Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar başa çatıb.

Postxronika.az xəbər verir ki, görüşlərin nəticələri ilə bağlı rəsmi açıqlama verilməsə də, prosesin yekunlaşdığı təsdiqlənib.

Bildirilib ki, danışıqlarda müəyyən irəliləyiş əldə olunub və tərəflərin yaxın günlərdə yenidən bir araya gəlməsi istisna edilmir. Məlumata görə, görüşlərdə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak edib. Qeyd edək ki, Uitkoff yanvarın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə də görüş keçirib.