Dohada IV Fələstin Forumu başlayıb.

Postxronika.az xəbər verir ki, tədbirdə dünyanın müxtəlif bölgələrindən olan alimlər, tədqiqatçılar, jurnalistlər, insan hüquqları müdafiəçiləri və siyasət üzrə ekspertlər iştirak edirlər.

Tədbirin təşkilatçılarına istinadən bildirilib ki, forum çərçivəsində paralel sessiyalar, simpoziumlar, açıq konfranslar və seminarlar keçirilir. Müzakirələrdə Fələstin məsələsi siyasi, hüquqi, tarixi və humanitar aspektlərdən təhlil olunur, Qəzzada davam edən böhran xüsusi diqqət mərkəzində saxlanılır. Üç gün davam edəcək forumda Qəzzanın bərpası, Qüdsün statusu, İsrailin təhlükəsizlik doktrinası və qlobal həmrəylik hərəkatlarının rolu kimi mövzular gündəmdədir. Tədbirin beynəlxalq akademik və siyasi müzakirələrə yeni töhfələr verməsi gözlənilir.