Çin Müdafiə Nazirliyi yüksək rütbəli hərbçilər Orgeneral Canq və Orgeneral Liunun barəsində “partiya intizamının və qanunların ciddi şəkildə pozulması” şübhəsi ilə araşdırma aparıldığını açıqlayıb.
Postxronika.az xəbər verir ki, rəsmi məlumatda detallar yer almasa da, bu ifadə korrupsiya ittihamlarına işarə edir.
Mərkəzi Hərbi Komissiyanın sədr müavinlərindən olan 75 yaşlı Orgeneral Canq ordunun ən nüfuzlu fiqurlarından biri sayılırdı, 61 yaşlı Orgeneral Liu isə Baş Qərargah rəisi vəzifəsini icra edirdi. Başlanan istintaqlardan sonra komissiyada yalnız bir hərbi üzv qalıb. Son illər Çin ordusunda aparılan genişmiqyaslı antikorrupsiya tədbirləri nəticəsində bir sıra yüksək vəzifəli generallar partiya və silahlı qüvvələr sıralarından uzaqlaşdırılıb.