Trendyol Super liqasının 19-cu turunda səfərdə "Fatih Karagümrük" ilə qarşılaşan "Qalatasaray" 3 xalı 3 qolla aldı.
Oyunun 1-ci dəqiqəsində İlkay Gündoğanın ötürməsini qola çevirən Qabriel Sara komandasını hesabda önə keçirdi. Ev sahibi Barış Kalaycı ilə 27-ci dəqiqədə hesabı bərabərləşdirsə də "Cim-bom"un braziliyalı 8 nömrəsi 51-ci dəqiqədə komandasını yenidən önə keçirdi. Oyunun ümumi hesabını isə Viktor Osimhenin 55-ci dəqiqədə vurduğu qol təyin etdi.
Qeyd edək ki, "Aslanlar" hazırda ən yaxın rəqibindən 1 oyun artıq keçirərək 46 xalla turnir cədvəlinin zirvəsindədir. "Fənərbaxça" isə 42 xalla 2-ci yerdə qərarlaşıb.
Hüseyn Rəşadoğlu