Əzələ gücünü artırmaq, məşq performansını dəstəkləmək və enerji səviyyəsini yüksəltmək istəyənlərin tez-tez araşdırdığı mövzulardan biri təbii kreatin mənbələridir.
Kreatin deyildikdə ilk olaraq əlavələr ağla gəlsə də, bu vacib maddə əslində bəzi qidalarda təbii şəkildə mövcuddur.
Postxronika.az "EnSonHaber"ə istinadən kreatin məmbəyi olan bəzi qidaları təqdim edir.
Mal əti – Kreatin baxımından ən zəngin qidaların başında gəlir. Orta hesabla 1 kq qırmızı ətdə 4–5 qram kreatin olur. Əzələ kütləsinin və gücün artmasını dəstəkləyir.
Ringa balığı – Kreatin miqdarı ən yüksək olan balıqlardandır.
Somon, ton balığı və sardina da yüksək kreatin tərkibinə malikdir. Eyni zamanda omeqa-3 ilə zəngindir.
Ağ ət – qırmızı ətə nisbətən bir qədər az kreatin içərsə də, yaxşı mənbə sayılır. Xüsusilə toyuğun döş əti tövsiyə olunur.
Süd, qatıq və pendir az miqdarda kreatin ehtiva edir. Təkbaşına yüksək olmasa da, gündəlik qəbuluna töhfə verir.
Yumurta – Kreatin baxımından aşağı səviyyədə olsa da, əzələ bərpasını dəstəkləyən zülallarla birlikdə qəbul edildikdə faydalıdır.