İşğalçı israillilər Ramallahın şimal-qərbində yerləşən Attara qəsəbəsinə hücum ediblər.

Postxronika.az WAFA agentliyinə istinadən xəbər verir ki, hücum zamanı fələstinli Abduləziz Əhməd İsayə məxsus iki avtomobil yandırılıb və əraziyə irqçi şüarlar yazılıb. Məlumata görə, hadisə İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında baş verib və son dövrlərdə intensivləşən planlı hücumların tərkib hissəsidir.

Qeyd olunur ki, bu cür basqınlar zamanı fələstinli mülki şəxslərə atəş açılması, fiziki zorakılıq, əmlakın məhv edilməsi və çobanların birbaşa hədəf alınması halları artmaqdadır.

Eyni zamanda bəzi yardımçı yolların bağlanması ilə yerli əhalinin hərəkəti məhdudlaşdırılır.