Suriyada terror təşkilatı YPG-yə inteqrasiya ilə bağlı konkret plan təqdim etməsi üçün verilən 4 günlük müddət başa çatıb.

Postxronika.az xəbər verir ki, Şam rəhbərliyi ilə YPG arasında razılaşdırılan müvəqqəti atəşkəs Türkiyə vaxtı ilə saat 20:00-da qüvvədən düşüb və onun uzadılıb-uzadılmadığına dair rəsmi açıqlama verilməyib.

Adının açıqlanmasını istəməyən suriyalı rəsmi şəxs atəşkəs müddətinin bitdiyini təsdiqləyərək, hökumətin mövcud variantları dəyərləndirdiyini bildirib.

Suriya Xarici İşlər Nazirliyi isə YPG-yə Haseke vilayəti ilə bağlı tanınan vaxtın uzadıldığı barədə yayılan iddiaları təkzib edib.

Qeyd olunub ki, YPG atəşkəsi pozmaqla yanaşı, prosesi uzadaraq vaxt qazanmağa çalışır və Şamın təkliflərinə indiyədək müsbət cavab verməyib.

Xatırladaq ki, razılaşmalara əməl olunmaması səbəbindən yanvarın 19-da bölgədə toqquşmalar yenidən alovlanmışdı.