"Mançester Yunayted" "Çelsi"nin gənc hücumçusu Liam Delapı transfer hədəfinə çevirib. "The Independent" nəşrinin yaydığı məlumata görə, "qırmızı şeytanlar" ötən yay "İpsviç"dən London klubuna qoşulan 22 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Postxronika.az xəbər verir ki, mankunianlar ingilis oyunçunun onların sisteminə tam uyğun gəldiyi qənaətindədirlər. "Mavilər"in heyətindəki sıxlıq səbəbindən forvardın da mühitini dəyişməyə müsbət yanaşa biləcəyi bildirilir. Cari mövsüm 18 matçda 2 qol vuran Delapın bazar dəyəri 35 milyon avrodur. 2031-ci ilə qədər müqaviləsi olan hücumçunun taleyi yayda həll olunacaq.