"Barselona" İngiltərənin "Norviç" klubunun 16 yaşlı yetirməsi Ajay Tavaresin transferini yekunlaşdırmağa çox yaxındır.
Postxronika.az xəbər verir ki, Fabrizio Romanonun yaydığı məlumata əsasən, Kataloniya təmsilçisi 2009-cu il təvəllüdlü futbolçu ilə razılıq əldə etmək üzrədir. İngiltərənin aşağı yaş qrupları üzrə millisində 15 oyunda 3 qol vuran Tavares bu mövsüm klubunun U-18 komandasında təcrübə toplayıb. Portuqaliya əsilli istedadla bundan əvvəl "Bavariya", "Yuventus" və "Mançester Siti" kimi nəhənglər də maraqlanırdı.