​Yasamal rayonunda mənzillərin birindən 29 min manat dəyərində zinət əşyaları və nağd pulun oğurlanması faktı qeydə alınıb.

Postxronika.az xəbər verir ki, naməlum şəxs giriş qapısının açıq olmasından yararlanaraq evə daxil olub və oradan ümumi dəyəri 29 900 manatlıq mal-dövləti ələ keçirib.

​Polis əməkdaşlarının çevik əməliyyatı nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 52 yaşlı M.Hüseynova saxlanılıb. Araşdırmalar zamanı əvvəllər soyğunçuluğa görə məhkum edilmiş şəxsin oğurladığı qızılların bir qismini satdığı üzə çıxıb.

Hazırda faktla bağlı təhqiqat tədbirləri davam etdirilir.

Hüseyn Rəşadoğlu