"Liverpul" rəhbərliyi komandanın sabiq ulduzu və "Real"ın keçmiş çalışdırıcısı Xabi Alonsonun nümayəndələri ilə təmasa keçib. "AS" nəşrinə istinadən, tərəflər arasındakı ilkin danışıqlar müsbət yekunlaşıb.
Postxronika.az xəbər verir ki, ispan mütəxəssis vaxtilə şərəfini qoruduğu İngiltərə klubuna qayıtmaqda olduqca israrlıdır. Hazırkı baş məşqçi Arne Slotun mövqeyi hər uğursuz oyunla zəiflədiyi üçün rəhbərlik bu dəyişikliyə isti yanaşır. Yanvarda "Real"dan ayrılan Alonsonun gəlişi 36 xalla 4-cü pillədə qərarlaşan "Liverpul"da yeni dövrün başlanğıcı ola bilər.