"Bavariya" həm müdafiə, həm də yarımmüdafiədə çıxış edə bilən "Çelsi"nin 19 yaşlı futbolçusu Coş Açeamponqu diqqət mərkəzinə alıb. Münhen təmsilçisi gələcək üçün arxa xəttini bu universal oyunçu ilə gücləndirməyi hədəfləyir.
Postxronika.az xəbər verir ki, "The Guardian" nəşrinin yazdığına görə, transferin yayda baş tutması ehtimalı yüksək olsa da, qış sürprizi də istisna edilmir. London klubu isə Premyer Liqada 9 oyunda 1 qol vuran yetirməsini satmaq niyyətində deyil. "Transfermarkt"ın 20 milyon avro qiymət qoyduğu Açeamponq "mavilər" üçün vacib fiqur hesab edilir.