"Verona"nın hücumçusu Giovane karyerasını "Napoli"də davam etdirəcək. Neapol klubu 23 yaşlı braziliyalının transferini rəsmən açıqlayıb.

Postxronika.az xəbər verir ki, "Korintians"ın yetirməsi olan forvardla 2030-cu ilədək müqavilə imzalanıb. Ötən yay A Seriyasına azad agent kimi gələn oyunçu cari mövsüm 23 matçda 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Bu keçid komandadan ayrılan Lorenso Lukka və David Neresin yerini doldurmaq üçün reallaşdırılıb.