"Latsio"nun mərkəz müdafiəçisi Alessio Romanyoli karyerasını Qətərin "Əl Sədd" klubunda davam etdirməyə hazırlaşır.

Postxronika.az xəbər verir ki, Fabrizio Romanonun məlumatına əsasən, tərəflər 31 yaşlı futbolçunun keçidi üçün 9-10 milyon avro dəyərində razılığa gəlmək üzrədirlər. Artıq azarkeşlərlə vidalaşan italiyalı müdafiəçi həmyerlisi Roberto Mançininin çalışdırdığı komandada Roberto Firmino və Klaudinyo ilə birlikdə çıxış edəcək.