"Real"ın qapıçısı Tibo Kurtua komandada baş verən məşqçi rotasiyasına və yeni ab-havaya münasibət bildirib.

Postxronika.az xəbər verir ki, "COPE" nəşrinə danışan belçikalı qolkiper Xabi Alonsonun gedişindən sonra ciddi fərq hiss etmədiyini söyləyib. O, hər mütəxəssisin öz metodikası olduğunu, lakin indiki vəziyyətin komanda üçün daha xeyirli ola biləcəyini qeyd edib. Ulduz futbolçu mövsüm sonunda kubok qazanmaq üçün kollektivin dayanmadan çalışmalı olduğunu vurğulayıb.