Tanınmış amerikalı alpinist Aleks Honnold Tayvanın simvolu sayılan "Taipei 101" göydələninə heç bir təhlükəsizlik vasitəsi və ipdən istifadə etmədən dırmaşıb.
Postxronika.az xəbər verir ki, "Netflix" platformasında canlı yayımlanan bu riskli yürüş zamanı idmançı 508 metr hündürlüyü fəth etməyi bacarıb. Honnold marşrutu cəmi 1 saat 31 dəqiqəyə tamamlayaraq, əvvəlki rekordçu Alen Robertin göstəricisini iki dəfədən çox yaxşılaşdırıb. Küləkli və isti hava şəraitinə baxmayaraq zirvəyə çatan ekstremalı orada həyat yoldaşı qarşılayıb. "El Kapitan" qayasına yürüşü ilə məşhurlaşan atlet bu dəfə də izləyicilərini heyrətləndirib.