Cəmi 26 yaşı olmasına baxmayaraq, 13 yaşından səhnədə olan Medison Bir pop musiqisi dünyasında artıq təcrübəli sənətçi hesab edilir.

Postxronika.az xəbər verir ki, "Bittersweet" mahnısı ilə ilk dəfə "Billboard Hot 100" hit-paradına düşən ifaçı hazırda üçüncü studiya albomu olan "Locket"in təqdimatına hazırlaşır. Son illərdə terapiya keçdiyini və öz üzərində çalışdığını bildirən ulduz yeni layihəsində şəxsi hisslərini və münasibətlərini daha səmimi şəkildə ifadə etdiyini vurğulayıb. Keçmiş menecment problemlərini və psixoloji çətinlikləri geridə qoyan müğənni, hazırda diqqətini yalnız sənətinə və daxili hüzuruna yönəltdiyini qeyd edib. Pərəstişkarları tərəfindən maraqla gözlənilən bu albom Beerin karyerasında daha müdrik və sərbəst bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.