Son dövrlərdə dünyada boşanma üzükləri sürətlə populyarlıq qazanmağa başlayıb. Bu yeni trend ayrılığı kədərli hadisə kimi yox, fərqli həyat mərhələsinin başlanğıcı kimi qeyd etməyi hədəfləyir.

Postxronika.az xəbər verir ki, "British Vogue" jurnalının məlumatına görə, bu axının yaranmasında Emili Ratajkovski kimi məşhurların rolu böyükdür. Məsələn, model keçmiş həyat yoldaşından ayrılmasını nişan üzüyünün daşlarından dizayn edilən iki yeni zinət əşyası ilə simvollaşdırıb. Zərgərlər bu tendensiyanı kədərli yox, əyləncəli hesab edirlər və hətta xüsusi "ayrılıq məclisləri" təşkil olunur. Artıq boşanma prosesi tematik tortlar və simvolik döymələrlə fərdi azadlıq bayramına çevrilir.