Məşhur idmançı və alpinist Aleks Honnold Tayvanın paytaxtı Taypeydə yerləşən və dünyanın ən hündür göydələnlərindən biri sayılan Taipei 101 binasına heç bir ip, sığorta və texniki avadanlıq olmadan qalxıb.

Postxronika.az xəbər verir ki, hadisə bazar günü səhər saatlarında baş verib və 92 dəqiqə davam edən təhlükəli dırmanışı minlərlə tamaşaçı yerində, milyonlarla insan isə canlı yayım vasitəsilə izləyib.

Honnold yerli vaxtla 10:43-də 508 metr hündürlükdə yerləşən zirvəyə çataraq tamaşaçıları salamlayıb və bu an alpinistlik tarixinə düşəcək görüntülərlə yadda qalıb. 40 yaşlı idmançı bildirib ki, bu, indiyədək həyata keçirdiyi ən böyük şəhər tipli sərbəst solo dırmanışdır və uzun illər bu anı xəyal edib. Tayvan rəsmiləri və ictimaiyyət Honnoldun cəsarətli çıxışını yüksək qiymətləndirib, alpinist isə bu uğurun insanlara öz hədəflərinə çatmaq üçün ilham verəcəyini deyib.