İsrail ordusu atəşkəsə baxmayaraq, Qəzza zolağı boyunca hava və topçu hücumlarını davam etdirir.

Postxronika.az xəbər verir ki, yerli mənbələr bildirir ki, İsrail qüvvələri səhər saatlarında Qəzza şəhərinin şərqində yerləşən Tuffah Məhləsində, xüsusilə El-Battiş qəbiristanlığı yaxınlığında bir çox binanı partlayıcılarla dağıdıb.

Hücumlar eyni zamanda hava zərbələri və intensiv topçu atışları ilə müşayiət olunub.

Şimalda Cibaliyyə Qaçqınlar Düşərgəsi, cənubda isə Han Yunus yaxınlığındakı Beni Süheyla bölgəsi topçu atəşinin hədəfi olub.

İsrail donanması eyni saatlarda Han Yunus sahillərində balıqçılara atəş açsa da, tələfat qeydə alınmayıb.

10 oktyabr 2025-ci ildən qüvvəyə minən atəşkəsdən bu yana İsrailin hücumları nəticəsində 481 nəfər ölüb, 1 313 nəfər yaralanıb.