İraqın baş nazirliyinə namizəd Nuri Əl Maliki Suriyadakı mövcud vəziyyətlə bağlı sərt açıqlama verib. O bildirib ki, hazırda Suriya Türkiyə və İsrailin təsiri altındadır.
Postxronika.az xəbər verir ki, Əl Malikinin sözlərinə görə, ölkəni idarə edən strukturun əsasını vaxtilə İraqda həbs olunmuş terrorçular təşkil edir. Onun bu bəyanatı regionda siyasi gərginliyin artdığı və Suriyanın gələcəyi ilə bağlı mübahisələrin dərinləşdiyi bir dövrə təsadüf edir.